Sofi Loren

«Belə bir həyatda yaşamaq bu körpənin nəyinə lazımdır? Onu bu həyatda əzab və məhrumiyyətlərdən başqa heç nə gözləmir». Bu sözləri ona uşaqlığı yanında keçən qapı qonşuları deyirdi. Axı, dəniz kənarında yerləşən köhnə dar bir daxmada hansı xoşbəxtliklərdən danışmaq olardı ki?! 1934-cü il sentyabrında Romada yoxsullar üçün nəzərdə tutulmuş xəstəxanada dünyaya gələn Sofiya Şikollone sonradan məşhur aktrisa, gözəlliyi ilə dünyanı valeh edən Sofi Lorenə çevrilir.

O, mühəndis Ricardo Şikollone və fortepiano müəlliməsi, üstəlik uğursuzluğun qarabaqara izlədiyi əyalət aktrisası Romilda Villanin qanunsuz qızıdır. Sofiyanın səyyar teatr aktyoru olan atası daim arvadı və uşaqlarına qayğı göstərməkdən bezərək ən «doğru» addımı atır və köməksiz ailəsini atıb gedir. Anası ilə Sofiya və kiçik bacısı həyatın ən yoxsul və zalım üzünü görürlər. Onlara baş çəkən qonşu hər dəfə Sofiyaya baxanda «Nə olaydı bu qız öləydi. Belə yoxsul dünyada yaşamaq nəyinə lazımdır axı?» — deyirdi.
Davamı →